Şənbə , 23 Noyabr 2024
Drone Cameras

VHP-dən nəqliyyatda qiymət artımına etiraz

Vətəndaş Həmrəyliyi Partiyasının metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımı ilə bağlı bəyanat yayıb.

Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir:
” Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətləri artırmışdır.
Vətəndaş Həmrəyliyi Partiyası Tarif Şurasının bu qərarını qəti şəkildə pisləyərək bildirir ki, metroda və ictimai nəqliyyatda sərnişin daşımalarında qiymət artımı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. Əhalinin bütün təbəqələri yeni qiymət artımının doğuracağı nəticələrdən əziyyət cəkəcək, sosial durumu onsuz da ağır olan aztəminatlı ailələrin vəziyyəti bir az da ağırlaşacaq və bu həssas donəmdə ölkədə gərginliyin artmasına səbəb olacaq.
Bu vaxta qədər nəqliyyatda qiymət artımı xidmətdə heç bir keyfiyyət dəyişikliyi yaratmamışdır. Buna görə də dövlət büdcəsindən subsidiya alan metroda və sərnişindaşımada şəffaflıq və hesabatlıq təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, səhmdar cəmiyyətlərinin gəlirləri və xərcləri barədə məlumatlar ictimaiyyət üçün açıqlanmalıdır.
VHP tələb edir ki, metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət təcili aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməli, xüsusilə, tələbə və təqaüdçülər üçün ictimai nəqliyyatda və metroda istifadə ilə bağlı güzəştli kartlar hazırlanmalıdır. Göstərilən addımlar atılanadək Tarif Şurasının son qərarı qüvvəyə minməməlidir”

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …