Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Vilayət Eyvazov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını TƏLƏB ETDİ

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını tələb edib.

Boyukmillet.com -un məlumatına görə, Vilayət Eyvazov DİN-də cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında çıxış edərkən əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu deyib.

Nazir bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu xatırladaraq ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə bundan sonra da həssaslıqla yanaşılmasını, bütün araşdırmaların keyfiyyətlə aparılaraq qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini və tapşırılmış sahəyə məsuliyyətin daha da artırılmasını tələb edib.

Check Also

Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, …