Şənbə , 18 May 2024
Drone Cameras

Vilyam Hacıyevin məhkəməsində şahidlər dindirilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.

Boyukmillet.com-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vidadi Babayev sahibkarlıqla məşğul olduğunu deyib:

“İmişlidə obyekt tikmək üçün sənəd lazım idi. Buna görə məni rayon icra hakimiyyətinə çağırdılar. Dedilər ki, Vilyam Hacıyev məzuniyyətdə çıxıb. Memarlıq şöbəsindən Orxan adlı şəxsə “şirinlik” olaraq 1 500 manat pul vermişəm”.

Digər şahid qismində Həsən Hüseynov deyib ki, xırda təsərrüfat işləri ilə məşğul olur. O söyləyib ki,, rayonda 4 hektar torpaq sahəsi alıb: “Buna görə rüsum olaraq rayon icra hakimiyyətinin mühasibatlığına 150 manat pul verdim”.

Məhkəmə davam edir.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …