Çərşənbə , 16 Aprel 2025
Drone Cameras

Vladimir Putin İlham Əliyevə telefonla zəng edib

Mayın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, telefon söhbəti zamanı dövlət başçıları Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir.

Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib.

Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …