Şənbə , 28 Mart 2026
Drone Cameras

Volodimir Zelenski Emmanuel Makronla görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Fransanın dövlət başçısı Emmanuel Makronla görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidmətindən bildirilib.

O, Kiyevə hərbi yardıma görə fransalı həmkarına təşəkkür edib.

Qeyd edək ki, V.Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.

Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …