Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Volodimir Zelenski: “Putin 2 il ərzində mənimlə dialoqdan yayınıb”

“Rusiya Prezidenti Vladimir Putin iki il ərzində mənimlə dialoqdan yayınıb və hətta o, telefon danışıqlarına da yaxın durmayıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski Koreyanın “Chosun İlbo” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, bundan sonra danışıqlar yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasından sonra mümkün olacaq.

V.Zelenski V.Putinin Ukraynanı ələ keçirmək və Ukrayna dövlətçiliyini məhv etmək istəyi olduğunu söyləyib.

Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın növbəti hədəfi Belarusdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Check Also

İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb

İran yüzlərlə pilotsuz uçuş aparatı ilə ABŞ-nin İraq və Küveytdəki obyektlərinə hücum edib. Boyukmillet.com “Al-Jazeera”ya istinadən …