Şənbə , 28 Mart 2026
Drone Cameras

Volqoqradda hərbi hissədə yanğın olub

Rusiyanın Volqoqrad vilayətində yerləşən hərbi hissədə yanğın baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov bildirib.

“Kotluban yaşayış məntəqəsinin yaxınlığında yerləşən hərbi hissələrin birinin ərazisində, yanğın baş verib. Yanğın FHN və Müdafiə Nazirliyinin qüvvələri ilə

operativ olaraq lokallaşdırılıb və söndürülüb. Xəsarət alanlar yoxdur, mülki obyektlərə ziyan dəyməyib”, – qubernator deyib.

Hazırda yanğının başlama səbəbləri aydınlaşdırılır.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …