Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vüqar Rəhimzadə “Özünü qoru, çevrəni xilas et” hərəkatına qoşuldu

“Həmkarımız İradə İbrahimovanın təşəbbüsü ilə yaradılan “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına mən də böyük məmnuniyyətlə qoşuldum. Düşünürəm ki, onun bu çağırışına təkcə media təmsilçiləri yox, vətəndaşlar da biganə qalmamalıdır”.

“Report” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O bildirib ki, bu cərgəyə qoşulanların, qaydalara əməl edənlərin sayı artdıqca koronavirus adlanan gözəgörünməz düşmənə qarşı sanki bir müdafiə səddi çəkmiş olunacaq: “Qaydalara əməl etməyən hər vətəndaş bir yoluxma zənciri yaratdığı kimi tövsiyələrə, gigiyenik normalara, sosial məsafə prinsiplərinə riayət edən vətəndaş da bir müdafiə zənciri yarada bilər. Gəlin, gözəgörünməz düşməni hər tərəfdən mühasirəyə alaq, hamımız bir hədəfə vuraq, zərbəmiz güclü olduqca, əminəm ki, virusun gücü də zəifləyəcək və biz bu mübarizədən qalib ayrılacağıq”.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə müraciət edərək vətəndaşları qaydalara əməl etməyə səsləyiblər: “Onlar özləri də görüşlərə, açılış mərasimlərinə maska ilə gedir, sosial məsafəni gözləyirlər. Bütün bunlar özü də insanlara bir çağırışdır, nümunədir. Mən inanıram ki, cəmiyyətimiz hər zaman olduğu kimi pandemiya ilə mübarizədə də birlik və həmrəylik nümayiş etdirərsə, müsbət nəticələrə nail olunacaq. Bir daha hər kəsi ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə, media nümayəndələrinin timsalında isə bütün vətəndaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın təşəbbüsü ilə yaradılan bu nəcib və xeyirxah hərəkata qoşulmağa çağırıram”.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …