Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vüsal Quliyev: 44 günün hər günü bizim şanlı tariximizdir

Zəfər forumunun növbəti ünvanı oktyabrın 31-də İsmayıllı rayonu olub. İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil edilib.

Forumda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər birimiz bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımızın şahidi olacağıq. Bu danılmaz həqiqətdir ki, Prezident seçildiyi ilk gündən İlham Əliyev Azərbaycanın işğalla barışmayacağını dəfələrlə bəyan etdi və vədinə sadiq qalaraq xalqımızı qalib xalqa çevirdi, bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdi.

Forumda iştirak edən şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …