Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vüsal Quliyev: Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsinin səfəri təşkil edilib

Bu günədək yalnız Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsinin səfəri təşkil edilib.


boyukmillet.com xəbər verir ki, bunu  Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib.


Vüsal Quliyev bildirib ki, QHT-lərin işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi əsasda təşkil edilir.
Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırım fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olurlar. Eyni zamanda səfər iştirakçıları Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işlərinin həcmini və sürətini izləyə bilirlər”, – deyə o əlavə edib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan etməsini xüsusi vurğulayan Vüsal Quliyev ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən Şuşada həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd etmişdir.


V.Quliyev qeyd edib ki, bu gün başlayan Şuşa səfəri QHT-lərin Qarabağ bölgəsinə sayca 12-ci səfəridir. Bu günədək yalnız Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsinin, ümumilikdə Qarabağa 1500-dən çox QHT təmsilçisinin səfəri təşkil edilib.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …