Şənbə , 28 Mart 2026
Drone Cameras

“WhatsApp”la bağlı xəbərdarlıq edildi – Sabahdan…

“WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq.

Boyukmillet.com bildirir ki, bu barədə “Facebook” məlumat yayıb.

Bildirilib ki, istifadəçilər 15 may tarixinədək bu qaydaları qəbul etməyə bilər. Qeyd edilən tarixdən sonra isə “WhatsApp” tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, “WhatsApp” qeydiyyat müqaviləsinə fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bənd əlavə etməsi istifadəçilərinin tənqidinə səbəb olub. 

Check Also

Əhalinin kərə yağı istehlakı azalıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədə bir sıra süd məhsullarının istehsalında azalma müşahidə olunub. Dövlət Statistika …