Bazar , 29 Mart 2026
Drone Cameras

Xətai rayonunda motosikletçini avtomobil vuraraq xəsarət yetirib

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, 1996-cı il təvəllüdlü İmanov Elçin Fikrət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …