Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivləri müzakirə olunub

ABŞ-da Xəzər Siyasət Mərkəzində Azərbaycanın xarici siyasət perspektivlərinə həsr edilən dəyirmi masa keçirilib.

Boyukmillet.com xəbər verir ki, müzakirlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və mərkəzin üzvləri iştirak ediblər.

Qeyd edək ki, ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …