Bazar , 11 May 2025
Drone Cameras

Xalq artisti Vaqif Əliyev vəfat edib

Xalq artisti Vaqif Əliyev vəfat edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Xalq artisti 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

V.Əliyev avqustun 13-də Yasamal qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Vaqif Əliyev 1940-cı ildə Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə “Əməkdar artist”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.

Allah rəhmət eləsin!

Check Also

Nazirlik rəsmisi: Ağdam Muğam Mərkəzi Qarabağda muğamın işğaldan əvvəlki şöhrətini bərpa edəcək 

Ağdam Muğam Mərkəzi Qarabağ bölgəsində muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpasında mühüm rol oynayacaq. …