Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Xamenei müsəlman ölkələrinə ÇAĞIRIŞ ETDİ – Vaşinqtona meydan oxudu

İranın ali lideri Müctəba Xamenei bəyan edib ki, ABŞ artıq Yaxın Şərq ölkələrindən regiondakı hərbi bazaları üçün “qalxan” kimi istifadə edə bilməyəcək.

Boyukmillet.com xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton artıq bölgədə öz qüvvələri üçün heç bir təhlükəsiz yer tapa bilməyəcək.

“Şübhəsizdir ki, zaman geri dönməyəcək və regionun xalqları və ölkələri artıq Amerika bazaları üçün qalxan olmayacaq. Bundan başqa, ABŞ-ın bölgədə öz təxribatları və hərbi obyektləri üçün təhlükəsiz yeri qalmayacaq. ABŞ hər keçən gün mövqelərini daha çox itirir”, – deyə Xameneinin yazılı müraciətində bildirilir.

Xamenei, həmçinin regional problemlərin birgə həllinin zəruriliyini vurğulayaraq, müsəlman ölkələrini “dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə” çağırıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …