“Sentyabr ayından başlayaraq xaricdə təhsil alan tələbələrin maliyyələşməsi həyata keçiriləcək”.
Boyukmillet.com xəbər verir ki, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili mövzusunda keçirilən onlayn brifinqdə deyib.
O qeyd edib ki, bu da yaxın illər ərzində ən yüksək səviyyəli təhsil alan 500-ə yaxın azərbaycanlı tələbələrin maliyyələşməsi deməkdir: “İl ərzində iki dəfə qəbul nəzərdə tutulmuşdu. İlk qəbul baş tutdu. 2021-ci ilin yanvar semestri üçün də növbəti qəbul sisteminin aktivləşdirilməsi planlaşdırılır”.