Bazar , 11 May 2025
Drone Cameras

Xarici işlər naziri Ərtoğruloğlu: “Türk birliyinə inanırıq”

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Əruğruloğlu “Türk Dünyası Novruz Bayramı” tədbiri çərçivəsində ŞKTC-yə gələn qonaq heyəti qəbul edib.

Boyukmillet.com xəbər verir ki, Türk dünyasının birliyinə inandıqlarını ifadə edən Ərtoğruloğlu: “Qardaşlarımızın burada tədbir təşkil etməsindən məmnunuq”, – deyib.

Azərbaycan-Kıbrıs Dostluq Qrupu Cəmiyyətinin prezidenti Orxan Həsənoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət İdarəsinin üzvü, professor Aygün Attar, Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun üzvü Musa Quliyev və türk dünyasının sənət adamları daxildir.

Xarici işlər naziri Ərtoğruloğlu türk dünyasının birliyinin tarixi köklərə malik olduğunu və türk birliyinə inandıqlarını bildirib. Ərtoğruloğlu deyib ki, türk birliyi təkcə siyasi mənada deyil, mədəni, sosial və həyatın hər sahəsində reallaşması lazım olan bir birlikdir: “Türk dünyasının birliyi sözdə işlədilən birlik deyil, tarixi kökləri olan bir birlikdir. Biz buna inanırıq. Qardaşlarımızı burada görmək bizim üçün çox xoşdur”, – deyib.

Azərbaycan-Kıbrıs Dostluq Qrupu Cəmiyyətinin prezidenti Orxan Həsənoğlu təşkil olunan tədbirlər haqqında məlumat verib.

Türkiyə Cumhurbaşkanlığı Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Attar, “Beynəlxalq ədalət anlayışının Kipr və Qarabağda iflasa uğradığını bildiklərini” ifadə edərək, “Kıbrıs davası hamımızın davasıdır” deyib.

Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun üzvü M.Quliyev də “Kıbrısda illərdir oynanan oyunları 30 ildir Qarabağda yaşadıqlarını” ifadə edərək, Kipr türk xalqının mübarizəsini dəstəklədiyini vurğulayıb.

Nümayəndə heyətinin tərkibində olan sənətçilər Xarici İşlər Nazirliyinin əməkdaşlarına türk dünyasından musiqili şou təqdim ediblər.

Check Also

İran Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək

İran yaxın zamanda Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı İran …