Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Xarici işlər naziri: “Revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir”

“Belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir. Bunu başqa cür adlandırmaq çətindir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir.

C.Bayramov vurğulayıb ki, həm Fransada, həm ABŞ-da, çox böyük erməni lobbisi var.

“Onlar seçki prosesləri zamanı kampaniyaları dəstəkləyirlər. Dünyada baş verən bu proseslər siyasətin reallıqlarıdır. Biz təmkinli olmalıyıq. Bizim heç bir illuziyamız yoxdur. Ancaq sözümüzü deyəcəyik”, – XİN başçısı bildirib.

Check Also

TDT Orta Dəhlizin inkişafına dəstək ifadə edib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları Bakıda keçirilən iclasın yekunu üzrə Orta Dəhliz …