Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Xarkovda Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı bilbordlar quraşdırılıb

Boyukmillet.com xəbər verir ki, Azərbaycan və Ukrayna dostluğunun şərəfinə və Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu tərəfindən elektron təbrik lövhələri quraşdırılıb.

Quraşdırılan təbrik lövhələrində “Biz şadıq ki, Azərbaycan ilə Ukrayna arasında diplomatik və dostluq əlaqələri xalqlarımızın rifahı naminə uğurla inkişaf edir və genişlənir” sözləri yer alıb.

Ayna Fərhad

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …