Bazar ertəsi , 20 Yanvar 2025
Drone Cameras

Xarkovdakı Azərbaycan Respublikasının fəxri konsulluğundan yardım.

Koronavirus pandemiyası zamanı təcrübə göstərdi ki, Azərbaycan Respublikasının dövlət siyasəti, ölkə Prezidenti cənab İlham Əliyevin, onun ailəsinin hər bir insanın həyatının qorumasına yönəlmiş COVID-19-a qarşı mübarizədəki bilavasitə fəal işi öz müsbət nəticələrini verir. Dövlət siyasəti çərçivəsində Azərbaycanın dünyadakı diplomatik nümayəndəlikləri qarşısında da müəyyən vəzifələr qoyulur. Buna əsasən, Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğu koronavirus infeksiyasının yayılmamasında (Konsulluq dairəsinin hüdudlarında) fəal iştirak edir.Bu gün bir daha Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğu Sumi Regional Şurasının Sumi Regional Klinik Onkoloji Dispanser Kommunal qeyri kommersial müəssisəsinə yardım göstərdi (tibbi maskalarla).

“Tibb işçilərində COVID-19-ə yoluxma riski hər kəsdən dəfələrlə çox olduğundan, koronavirus pandemiyası baxımından ilk növbədə tibb işçilərini qorumaq lazımdır və buna görə də fərdi qoruyucu vasitələr (bu vəziyyətdə tibbi maskalar) ilk növbədə onlar üçündür” , – Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov şərh etmişdir.

Sumi Regional Şurasının Sumi Regional Klinik Onkoloji Dispanserinin direktoru Vladimir Şevçenko Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğuna və şəxsən Fəxri Konsul Əfqan Salmanova göstərdiyi köməyə görə təşəkkürünü bildirdi hər zaman və vaxtında olduğu kimi ” deyərək, ona cansağlığı arzuladı və ümidvar olduğunu bildirdi ki, koronavirus pandemiyasından asılı olmayaraq, Azərbaycan Respublikasının Xarkov Fəxri Konsulluğu və Sumi Regional Klinik Onkodispanser Mərkəzi arasında sonralar da bu cür əməkdaşlıq davam edəcəkdir.

BOYUKMILLET.COM

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …