Bazar ertəsi , 30 Sentyabr 2024
Drone Cameras

Xartumda ara qarışıb: hava limanı bağlanıb, dövlət televiziyası yayımını dayandırıb

Sudanın paytaxtı Xartumda Çevik Cavab Qüvvələri (ÇCQ) ilə ordu arasında baş verən qarşıdurmalar şiddətlənib.

Boyukmillet.com xəbər verir ki, qarşıdurmalar səbəbindən Xartumdakı beynəlxalq hava limanı ilə hava əlaqəsi dayandırılıb.

Hava limanı təhlükəsizliklə bağlı bütün reysləri ləğv edib. Qeyd olunur ki, hava limanının ərazisində zirehli texnika yerləşdirilib.

Eyni zamanda, Sudan televiziyası binadakı atışma xəbərindən sonra yayımını dayandırıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Sudan televiziyasının yerləşdiyi binada ordu birlikləri ilə ÇCQ arasında toqquşmalar gedir.

“Sky News Arabia” telekanalı isə Xartumdakı prezident sarayının bütün girişlərinin bağlandığını, sarayın özünün isə Sudan ordusunun zirehli texnikası ilə əhatə olunduğunu xəbər verib. Məlumata görə, Xartumun bir çox yerdə atışma səsləri eşidilir və paytaxtda əsl çaxnaşma hökm sürür.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …