Şənbə , 23 Noyabr 2024
Drone Cameras

XİN Almaniya və Belçikaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya və Belçikada təbii fəlakət nəticəsində baş verən insan tələfatı ilə bağlı başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində qeyd olunub.

“Qərbi Avropada havaların kəskinləşməsi nəticəsində üz verən dağıntılar bizi narahat edir. Almaniya və Belçikadakı daşqın qurbanlarının yaxınlarına başsağlığı veririk. Bu leysan yağışlarının dağıdıcı fəsadlarına qarşı mübarizədə Almaniyanın və Belçikanın yanındayıq”, – məlumatda vurğulanıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …