Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

XİN: “Azərbaycan erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır”

“Azərbaycan hökuməti dəfələrlə erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib. Bundan irəli gələrək, Azərbaycan hökuməti BQXK-nın yerli nümayəndəliyi ilə sıx əlaqədədir”.

Boyukmillet.com-un xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı aparılan müzakirələrə dair şərhində əksini tapıb.

Bildirilib ki, BMT TŞ-nın iclasında Azərbaycan nümayəndə heyəti ölkəmizin bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına etiraz əlaməti olaraq sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazidə nümayiş keçirməsinə səbəb olan hadisələrin gedişatı barədə ətraflı məlumat verib.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …