Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur”.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.

İrandakı Azərbaycan vətəndaşları konsulluq və digər müraciətləri üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9

TEL: (+98413) 333 48 03

FAKS: (+98413) 331 53 80

E-MAIL: [email protected]

WEBSITE: tabriz.mfa.gov.az

Check Also

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Ermənistan sürgündə olan heç bir “Dağlıq Qarabağ” “hökumətini” tanımır. Boyukmillet.com report-a istinadən xəbər verir ki, bunu …