Cümə , 27 Mart 2026
Drone Cameras

XİN-in binası təmir olunacaq

Xarici İşlər Nazirliyinin (XİN) binası təmir olunacaq.

Boyukmillet.com xəbər verir ki, nazirlik bununla bağlı elan etdiyi təkliflər sorğusunun nəticələrini açıqlayıb.

Qeyd olunub ki, XİN-in Şıxəli Qurbanov küçəsi 50 ünvanında yerləşən binasında təmir-tikinti işlərinin satın alınması ilə əlaqədar keçirilən təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Tender Komissiyasının yekun qərarına əsasən “Pro Build” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilatla satınalma müqaviləsi bağlanılıb.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …