Cümə , 22 Noyabr 2024
Drone Cameras

XİN rəhbəri: “Azərbaycan hər zaman BMT-nin əsas prinsiplərinə sadiq olub”

“BMT-yə üzv qəbul olunduqdan sonra Azərbaycan daim təşkilatın əsas prinsiplərinə sadiq olub”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib.

O, sözügedən konfransın BMT-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan BMT-nin sülhməramlı missiyalarında iştirak edib, pandemiya zamanı dəstəyini nümayiş etdirib: “Azərbaycan həmçinin Qoşulmama Hərəkatına rəhbərlik edir. Koronavirusla paralel olaraq, dünya müxtəlif çağırış və problemlərlə də üzləşir. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatı  çərçivəsində bütün təşəbbüsləri və fəaliyyəti çox vacibdir”.

C.Bayramov bu cür simulyasiya konfranslarının tələbələrə BMT-nin fəaliyyəti haqqında daha çox öyrənmək və gələcəkdə yaxşı diplomatlar olmaq imkanı verir.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …