Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Xırdalan dairəsi yaxınlığında dəmir yolu körpüsünün tikintisi başa çatıb

Bakı – Quba – Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi başa çatıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metrdir.

Xatırladaq ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilmişdi.

Check Also

Şəhid ailələri Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət edib

“Bir Qarabağ qazisinin həbsxanada aclıq aksiyası keçirərək ölməsi həm Azərbaycan hakimiyyətinin, həm də xalqımızın adına …