Bazar , 19 Yanvar 2025
Drone Cameras

Xocalı soyqırımı hər bir xalqın faciəsidir

Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyasının 9 d sinifində “Xocalı soyqırımı hər bir xalqın faciəsidir” adlı tədbir keçirilib.

Əvvəlcə məktəbin tarix müəllimi Moldokulova S.K. xəritədə Azərbaycanı, Qarabağı, Xocalını göstərib və Xocalı soyqırımı haqqında şagirdlərə geniş məlumat verib.
Tədbirdə məktəbin direktoru Alımkulova Kanıkey

Zakonbekovna, müəllimlərdən Kurmanbayeva L.V. Lısenkova L.A., Çolponkulova A. B. və başqaları iştirak ediblər.
Sonda Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Bişkekdə ingilis və rus dillərində nəşr etdirdiyi, AMEA Bakıxanov adına tarix institutunun alimlərinin məhsulu olan “Ermənilərin Azərbaycan ərazisində törətdiyi vəhşiliklər tarixi faktlarla” kitabının 100 nüxsəsini məktəbə hədiyyə edilib.

Qeyd edək ki “Ermənilərin Azərbaycan ərazisində törətdiyi vəhşiliklər tarixi faktlarla” kitabında Tarix elmləri namizədi Muradovanın A.D., tarix elmləri namizədi, dosent İmanovun R.D. müəllifi olduğu “XX əsrin faciəsi: Xocalı soyqırımı” adlı

Xocalı soyqırımı haqqında geniş məqalə var.
Xüsusi ilə qeyd edək ki Xocalı soyqırımı faciəsini məktəbdə hərtərəfli öyrənilməsini, hətta Qarabağa səfər etməyi də qərara aldılar

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …