Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yasəmən Möhübbətqızı: “Xocalı Soyqırımı qanla yazılan tariximizdir”

İctimai Siyasi Proseslər Beynəlxalq
Araşdırmalar Mərkəzi (İSBAM), RVT-da
“Unutmayaq ki, Unudulmayaq” layihəsi üzrə növbəti “Xocalı Qan Yaddaşımız!” adlı möhtəşəm tədbir keçirib. Tədbir Xocalı soyqırımının ildönümünə həsr olunmuşdu.
Tədbirdə İSBAM- nin İH üzvləri, sədrin müşavirləri polkovnik Həmid Cəfərov, Yasəmən Möhübbətqızı, hərbi polkovniklər Elmar Hüseynov, Malik Ömərov , rayon VT sədrləri və veteranlar iştirak etmişlər.
Azərbaycanın Dövlət Himni səslənmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edilmişdir.
Tədbiri açan Yasəmən Möhübbətqızı veteranları salamlayaraq İSBAM – nin xaricdə və ölkəmizdə keçirdiyi layihələrlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək, vətənpərvərlik mövzusunun təbliğində hamılıqla iştirak etməyin əhəmiyyətini qeyd etmişdir. RVT – nın hüquq şöbəsinin rəhbəri professor Bəhram Zahidov məruzə ilə çıxış etmişdir.
İSBAM sədri ictimai-siyasi xadim Samir Adgözəlli çıxışında, Qarabağ savaşı başlayandan bəri xaricdə və ölkə daxilində diasporda, ictimai həyatdakı faliyyətindən ətraflı məlumat verdi. XOCALIYA ƏDALƏT layihələrində təşkilatın fəaliyyətindən söz açaraq, gənc nəslin maariflənməsində illər keçsə belə dayanmadan təbliğat aparmalı olduğumuzu, tarixi hadisələri olduğu kimi gənclərimizə çatdırmağı, erməni yalanlarını ifşa etməyi dönə- dönə qeyd etdi.
Polkovnik Həmid Cəfərov, 90 cı illərdə DİN müavini olaraq diqqəti ,həmin qanlı qadalı günlərə apararaq, igidlik göstərən polis işçiləri haqqında məlumat verdi.
44 günlük Vətən müharibəsində iştirak etmiş cəsur polkovniklər, Elmar Hüseynov və Malik Ömərov əsgər yoldaşlarının müharibədəki ruh yüksəkliyindən, ruhlanaraq faşist ermənilərə gözdağı verdiklərindən həvəslə danışdılar..
Çıxışlarda qeyd olundu ki, ZƏFƏRİMİZ, qüdrətli ordunun əsgərlərinin igidliyi və möhkəm siyasi iradə və güclü diplomatiyaya malik olan Ali Baş Komandan İLHAM ƏLİYEVİN əzmi, cəsarəti sayəsində qazanıldığı vurğulandı.
Sonda Samir Adgözəlli, Xocalı soyqrımının ildönümünə həsr olunmuş tədbirin keçirilməsi üçün yaradılan şəraitə və isti münasibətə görə RVT- nın rəhbərliyinə təşəkkür etdi.

Yasəmən Möhübbətqızı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Beynəlxalq Sülh Səfiri.
İSBAM sədrinin müşaviri.


Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …