Xocalıda soyqırım törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşanmışdır: “1992-ci il fevralın 25-dən 26-a keçən gecə Sovet imperiyasının 366-cı alayının köməyi ilə erməni separatçıları Xankəndi ilə Əsgəranın arasında yerləşən Xocalı şəhərində dinc əhalinin üzərinə hücuma keçdilər. Müxtəlif çaplı pulemyotlardan, iri çaplı silahlardan atəş açmaqla günahsız insanları öldürdülər, konkret olaraq soyqırım, genosid, eyni zamanda da etnik təmizləmə siyasəti apardılar. 3000-nə yaxın əhalisi olan Xocalıda soyqırım zamanı 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirildi. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaradan əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini , 132 uşaq valideynlərindən birini itirib, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməyib, ona görə də yalnız 335 nəfərin meyitini dəfn etmək mümkün olub. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycana qarşı ermənilərin apardığı genosid siyasəti Qaradağlı kəndində də öz acı nəticəsini vermişdir. Kənd camaatının demək olar ki, hər on nəfərdən biri həmin genosidin qurbanına çevrilib.
olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdiyi müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: “Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mücadilə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”. Xocalı faciəsinin nəticələri ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz siyasi-hüquqi qiymətini tapdı. Belə ki, Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1994-cü il tarixli iclasında Xocalı soyqırımı (genosidi) günü haqqında qərar qəbul etdi. Qərarın birinci maddəsində göstərilir ki, fevralın 26-ı Xocalı soyqırımı kimi elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin: “Həmçinin Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1995-ci il tarixli iclasında Xocalı soyqırımı barədə həqiqətlərin dünya xalqlarına və beynəlxalq ictimaiyyətə çatdırılması ilə əlaqədar dünya parlamentlərinə və beynalxalq təşkilatlara müraciət edilməsini qərara aldı.
Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizlənmə və soyqırım siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə xüsusi incəliklərlə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma, gah canlı və qanlı toqquşmalar şəklini almış, daha da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir.. Azərbaycan diplomatiyası soyqırım haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, yəni bu istiqamətdə dünya ölkələrindəki hansı kı, bu ölkələrdə akrreditasiya olunmuş səfirliklər vasitəsilə faciənin canlı film, disk, xüsusi nəşr olunmuş kitablar vasitəsilə xarici dövlətlərdə müxtəlif dillərdə yayımlamışlar. Son dövrlər göstərir ki, aparıcı dünya dövlətlərinin Azərbaycana qarşı mövqeyi əvvəlkilərə nisbətən tam dəyişib. Bu o deməkdir ki, Azərbaycan dövlətinin diplomatiyasının uğurlu nəticəsi öz bəhrəsini verməkdədir”. Ordumuz 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisasını misli ilə aldı, torpaqlarımız işğaldan azad olundu. İndi Şəhidlərimizin ruhu şaddır. Allah Rəhmət eləsin!
Subut Mehdiyev