Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Xocalıda yarımçıq qalan toy 32 il sonra yenidən çalındı: “Vağzalı” həsrəti bitdi – GÖRÜNTÜLƏR

Xocalıda atışmaya görə yarımçıq saxlanılan toy mərasimi 32 il sonra yenidən keçirilərək yeni bir filmin hekayəsinə çevrilib.

Boyukmillet.com xəbər verir ki, “Global Media Group”un və “Report” İnformasiya Agentliyinin ərsəyə gətirdikləri film 1992-ci il yanvar ayının 18-də baş tutan, amma ermənilərin atəşə tutduğu üçün yarımçıq dayandırılan Xocalının sonuncu toyuna həsr olunub.

İllər əvvəl “Vağzalı”sı yarımçıq kəsilən toyun bəyi Vasif Qafarov və gəlini Dürdanə Məmmədova, digər qonaqlar, qohumlar və musiqi heyəti illər sonra yenidən doğma ata-baba yurdlarına gələrək toylarının davamını ediblər.

“Global Media Group”un layihəsi Xocalının sonuncu və işğaldan azad olunandan sonra ilk toyu kimi yaddaşlara həkk olunacaq.

Filmin çəkilişləri davam edir.

“Report” İnformasiya Agentliyi “Global Media Group”un tərkibinə daxildir.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …