Cümə axşamı , 15 May 2025
Drone Cameras

Xorvatiya səfirliyi Azərbaycana başsağlığı verib

Xorvatiya səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.

“Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirik”, – paylaşımda deyilir.

Xatırladaq ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 14 nəfərin isə həlak olub.

Check Also

UNICEF-in də Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır

Təşkilatın fəaliyyəti mərhələli şəkildə dayandırılacaq UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılır. “Report”un məlumatına görə, bunu  UNICEF-in Avropa və …