Cümə , 6 Mart 2026
Drone Cameras

Xudatda karantini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Yalama Polis Bölməsi əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, bölmə əməkdaşları Xudat stansiyasının inzibati ərazisində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, sahibi Vaqif Canbaxışov və orada olan dörd müştəri barəsində qanuna müvafiq qaydada tədbir görülüb.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …