Cümə axşamı , 9 May 2024
Drone Cameras

Xüsusi nümayəndə: “Zəngilan aeroportunun tikintisi sentyabrda başa çatdırılacaq”

“Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi başa çatdırılacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.

V.Hacıyev qeyd edib ki, rayon günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir.

Xüsusi nümayəndə Zəngilanda tikinti-bərpa işlərinin davam etdirildiyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, işğaldan əvvəl Zəngilanda 9-a qədər məktəbəqədər təhsil müəssisəsi və 19 ibtidai sinif fəaliyyət göstərirdi.

Check Also

Vüqar Bayramov: “Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır”

Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin adı ilə …