Yəməndə həbsxanaya hava hücumunda ölənlərin sayı 87 nəfərə çatıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.
Yaralı sayı 226 nəfər təşkil edir.
Yanvarın 21-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin qiyam qaldırdığı həbsxanaya hava zərbələri endirib. İlkin məlumatlarda 70 nəfərin öldüyü, 140-a yaxın insanın yaralandığı bildirilirdi.
Xilasedicilər dağıntılar altından qurbanları və ölənlərin meyitlərini çıxarmaqda davam edir.
2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə husilərin silahlı birləşmələri arasında qarşıdurma davam edir. Münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənli – ölkə əhalisinin təxminən 80%-i humanitar yardıma ehtiyac duyur, məcburi köçkünlərin sayı isə 3 milyonu ötüb.