Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Yalçın Rəfiyev BMT rəsmisi ilə iqlim fəaliyyəti üzrə tərəfdaşlığı müzakirə edib

Yalçın Rəfiyev Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmisi ilə iqlim fəaliyyəti ambisiyalarını yüksəltmək üçün davamlı tərəfdaşlığı müzakirə edib.

Boyukmillet.com xəbər verir ki, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev və BMT-nin İnkişaf Koordinasiya İdarəsinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son (Gwi-Yeop Son) ilə görüşüb.

Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər COP29-da Azərbaycanın liderliyini əsas götürərək iqlim fəaliyyəti ambisiyalarını yüksəltmək üçün davamlı tərəfdaşlığı yenidən təsdiqləyiblər.

COP29 Lead Negotiator @Yalchin Rafiyev and UN Development Coordination Office Regional Director for Europe and Central Asia, @gwi_son reaffirmed continued partnership to raise ambition of climate action, building on Azerbaijan’s leadership in #COP29pic.twitter.com/wGpYtKsIpK— COP29 AZ (@COP29_AZ) July 29, 2024

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …