Bərdə təhsilində maraqlı işlər baş verir. Deməli, 10 il müddətində məktəbəqədər təhsil müəsissələri təhsildən alınıb, İcra hakimiyyətlərinə verilmesi Bərdə Rayon Təhsil Şöbəsini çox narahat edirmiş. Bağçaların Təhsil Nazirliyinə verilməsini fürsət bilən Bərdə Rayon Təhsil Şöbəsi hələ ki, strukturun formalaşmamasını fürsət bilərək dayanmadan uşaq bağçalarına (özü də unutmayaq ki, uşaq bağçalarının müdirləri xanımlardır) basqı edərək hələ təhqiredici ifadələr belə işlədir. Hətta bağçaların mudirlərini saya saymayaraq , bağça işçilerinə icazə belə verir. Bağçaya gələrək birbaşa mətbəxtə girib,qramla ərzaq yoxlayır…
Araşdırmalarımız tam deqiqdir ki, gəlini işe belə getmədən evde oturub maaşını alır, cənab Ədalət İsmayılovun kimə arxayındı?! Cənab Prezidentimizin dəfələrlə müraciətində“ məmurlar xalqın xidmətçisidir” sözündən heçmi nəticə çıxarılmır?!
Bağça müdirlərinin heç bir mürciətinə baxılmır. Heç yerində tapılır ki?! Gələcəyimiz olan körpəlerimiz xəstəliyin tuğyan etdiyi bir dövrdə istilk sistemlərinin çalışmaması, bağçalarda odunun olmaması ona maraqlı gəlmir. Dəfələrlə bu məsələ ilə bağlı ona rəsmi müraciət edilsə də arxayın oturaraq çıxan işçilərin yerinə gətirilən yeni işçilərlə müqavilə bağlayaq deyir. Əvəzinə bağçanın qazanının qapağını qaldırır. Bağçanın 17 işçisinin tərtib etdiyi aktı qəbul etməyərək, hamının narazı olduğu işçi ilə əlbir olub, burda mən varam müdir kimdi deyir. Əyani sübutu da budur:
Hörmətlə :Təhsil Nazirliyinə və Səlahiyyətli dövlət qurumlarına müraciət edirəm bu işi nəzarətə götürsünlər. Vaqif Məhəmməd oğlu