Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

YAP nümayəndə heyəti Türkiyədə azərbaycanlıların ağsaqqallarından olan Samet Yolcunun yas mərasimində iştirak edib

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti azərbaycanlıların ağsaqqallarından olan Kars Soylu köyünden Samet Yolcunun İstanbul şəhərində yas mərasimində iştirak edib.

Boyukmillet.com xəbər verir ki, mərasimdə Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, AK Parti Ataşehir ilçe başqanı Burak Çifçi, Kars-Ardahan-Iğdır təhsil və mədəniyyət təşkilatının sədri Əkrəm Tanyıldız, Milli Məclisin deputatları Nizami Səfərov, Aydın Mirzəzadə, Kəmaləddin Qafarov, Ceyhun Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov iştirak ediblər.

Qardaşlıq və dostluq mesajlarının verildiyi məclisdə ölkələrimiz, xalqlarımız arasında olan sarsılmaz birliyin, qardaşlığın əbədi olacağı vurğulanıb.

Qeyd edilib ki, Türkiyə-Azərbaycan dostluğu və birliyi sarsılmazdır.

Xatırladaq ki, YAP nümayəndə heyətinin İstanbul şəhərindəki görüşləri davam edir.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …