Bazar , 11 Yanvar 2026
Drone Cameras

YAP sədrinin müavini: “Şuşa konfransında Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsası qoyuldu”

“Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir”.

Boyukmillet.com  xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, ötən gün Şuşada keçirilən konfrans iki ölkə arasındakı münasibətlərin növbəti təzahüri idi: “Konfransda ciddi mesajlar verildi və yeni mərhələnin əsasları qoyuldu. Tədbirdə aparıcı siyasi partiyaların rəhbər və nümayəndələri iştirak edirdilər. Vahid yumruq kimi birləşərək bir arada olmağımız önəmlidir”.

Sədr müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işlərinin həyata keçirilməsində qardaş ölkə olan Türkiyə şirkətlərinin rolu göz önündədir və bundan sonra da orada görüləcək işlər çoxdur.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …