Cümə , 6 Mart 2026
Drone Cameras

Yaponiya Baş nazirinin 12 ildən sonra Seula səfəri başlayıb

Yaponiyanın Baş naziri Fumio Kişidanın Cənubi Koreyaya rəsmi səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu, Yaponiya baş nazirinin son 12 ildə Cənubi Koreyaya ilk səfəridir.

Baş nazir Fumio Kişidanın Cənubi Koreya lideri Yun Seok Yeol ilə həm məhdud, həm də geniş formatda keçiriləcək görüşlərində təhlükəsizlik, yüksək texnologiyalar sənayesi, elm və texnologiya, humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Şübhəsiz ki, tərəflər arasında danışıqların mərkəzi mövzularından biri Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı mübarizədə ABŞ da daxil olmaqla ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq məsələsidir.

Check Also

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib

Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər …