Cümə , 22 Noyabr 2024
Drone Cameras

Yaponiya Ukraynaya çətin qışa hazırlaşmağa kömək edəcək

Yaponiya hökuməti qarşıdan gələn qış dövrünə hazırlaşmaqda Ukrayna hakimiyyətinə dəstək verir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida Berlində keçirilən Ukraynanın bərpası üzrə beynəlxalq ekspert konfransının iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, Yaponiya hökuməti məcburi köçkünlərə ərzaq və tibbi xidmət göstərməklə yanaşı, Ukrayna hakimiyyətinə çətin qışa hazırlaşmaqda, xüsusən də ölkəyə istilik cihazları və isti paltarlar göndərməklə kömək edir:

“Bundan əlavə, biz “Fukusima-1” AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması zamanı əldə edilmiş zədələnmiş obyektlərin sökülməsi və bərpası sahəsində öz təcrübəmizi Ukrayna ilə bölüşürük. Gələn il Yaponiya Yeddilik Qrupunun (G7) sədri kimi dünya ictimaiyyətinə sülhün tezliklə bərqərar olması və Ukraynanın bərpası problemlərinin müzakirəsinə rəhbərlik etmək niyyətindədir”.

(Report)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …