Bazar , 28 Aprel 2024
Drone Cameras

ABŞ Ukraynaya iki “NASAMS” sistemi verib

ABŞ ilk iki “NASAMS” zenit-raket kompleksini (SAM) Ukraynaya təhvil verib.

Boyukmillet.com xəbər verir ki, bunu “NASAMS”ın istehsalçısı “Raytheon Technologies”in baş direktoru Qreq Heyes bəyan edib.

“Biz bir neçə həftə əvvəl iki kompleksi ABŞ hökumətinə təhvil vermişik. Artıq bu gün onlar Ukraynada yerləşdirilir”-deyə, o bildirib.

Qeyd edək ki, 11 oktyabrda Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti çox yaxın zamanda ilk iki “NASAMS” kompleksini Kiyevə göndərəcək. Onun sözlərinə görə, ABŞ Ukraynaya səkkiz belə sistem tədarük etmək niyyətindədir.

Çatdırılmaların Ukraynanın təhlükəsizliyinin təşviqi təşəbbüsünün bir hissəsi kimi həyata keçirilməsi planlaşdırılır ki, bu da ABŞ-ın müdafiə departamentinin istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur, avadanlığın birbaşa Pentaqonun anbarlarından verilməsini deyil.

(Report)

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …