Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Yaponiyada 60 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxs saxlanılıb

Yaponiyada polis təxminən 60 il sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yaşlı sürücünü saxlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sankei” qəzeti məlumat yayıb.

Hyoqo prefekturasının polisi 82 ​​yaşlı Toşiyuki İşibaşini təhlükəsizlik kəməri taxmadığına görə saxlayıb.

Polis yaşlı kişidən sürücülük vəsiqəsini göstərməsini istəyəndə, onun yanında heç bir sənədin olmadığı məlum olub.

Toşiyuki İşibaşi bildirib ki, o, 20 yaşında sürücülük vəsiqəsini itirib və o vaxtdan bəri sürücülük vəsiqəsi almayıb. Ona qarşı hansı sanksiyaların tətbiq olunacağı açıqlanmır.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …