Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

ABŞ Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq istəyini ifadə edib

Amerika Birləşmiş Ştatları Rusiya və Çinlə strateji sabitliyə dair dialoq aparmaq arzusundadır.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Hrubi bildirib.

O qeyd edib ki, Vaşinqton ən son silah sistemlərinin yoxlanılması üçün texnologiyaların hazırlanmasına başlayıb.

Belə bir layihə, Hrubinin fikrincə, Rusiya və Çinlə strateji sabitlik üzrə dialoqun baş tutacağı təqdirdə ABŞ-ın mövqeyini gücləndirəcək.

Qeyd edək ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, ABŞ-la strateji sabitliklə bağlı dialoq üçün heç bir ilkin şərt yoxdur.

Check Also

ABŞ-də itkin düşən təyyarənin sərnişinlərinin axtarışları dayandırılıb

ABŞ Sahil Mühafizəsi Nantaket adası (Massaçusets ştatı) sahillərində itkin düşmüş təyyarənin altı sərnişininin iki gün …