Bazar , 11 Yanvar 2026
Drone Cameras

Yaponiyada güclü yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb

Dekabrın 17-də Yaponiyanın qərbindəki Osaka şəhərində yerləşən binalardan birində baş verən yanğln zamanı həlak olanların sayı 25 nəfərə çatıb.

Boyukmillet.com “Report”a istinadə xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət almış, ağır vəziyyətdə xəstəxanaya çatdırılmış gənc qadın çərşənbə axşamı ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 60 yaşlı kişi də daxil olmaqla, daha 3 yaralı hələ xəstəxanadadır.

Qeyd edək ki, yanğın şəhər vağzalının əsas binası yaxınlığında olub. Binada klinika, gözəllik salonu, ingilis dili məktəbi və bir neçə ofis var. Ehtimal olunurdu ki, ziyarətçilər və klinika işçiləri bloklanıb və çölə çıxa bilməyiblər.

Yanğından sonra hadisə yerinə 30-dan çox yanğınsöndürmə texnikası cəlb olunub və alov söndürülüb.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …