Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Yaponiyanın Baş naziri ərəb ölkələrinə səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kisida Yaxın Şərqə səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, o, Qətərə, Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etməyi planlaşdırır.

Kisidanın səfərləri Avropa turu başa çatdıqdan dərhal sonra planlaşdırılıb. Hər üç ölkə enerji ticarəti məsələlərində Yaponiyanın mühüm tərəfdaşıdır.

Qeyd olunub ki, yaponiyalı diplomat hər üç ölkənin rəhbər şəxsləri ilə görüşlər keçirəcək.

Müzakirə olunan əsas mövzu qaz və neft tədarükü məsələsidir. Çünki, Yaponiya təbii qazının böyük hissəsinin Qətərdən, neftinin isə 40 faizini BƏƏ-dən alır. Yaponiyanın Baş naziri hər ölkədə bir gün keçirməyi düşünür.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …