İnsanlarımızın bir çoxu erkən nigahların və boşanmaların səbəbini maddi imkansızlıqla əlaqələndirirlər. Lakin indiki gənclərin əksəriyyəti sərbəst olub, sərbəst gəzmək istəyi ilə bağlı ailələrini dağıdırlar.
Hətta elələri var ki, “Bir övladım olsun,ondan sonra boşanaram, neynirəm əri?”- deyir. İndiki boşammalar arasında belə hallar
daha çoxdur.
İstər Tik-Tok olsun, istər İnstaqram və hətda başqa qapalı saytlar da var ki, orada çoxlu sayda zənənlər sərbəst halda ədəbə sığmayan, qanacaqdan bixəbər görüntülərlə gündəmdə izləyicilərinin saynı artraraq, pula hərisliyə görə bütün əndamlarını nümayiş edərək cəmiyyəti əxlaqsızlığa yönləndirirlər.
Bu hala düşən və vərdişkar olan qızlar, gəlinlər, hətta yaşlı qadınlar, həm tərbiyəsiz danşıqları ilə, həm özlərini haqlı sayaraq hədyan cıxışları ilə bir çox insanların qəlbini, ağlını çalıb özlərinə bənzətmiş olular.
Bu hal təəssüf ki, getdikcə artmaqdadır.
Şit zarafatlar, şit hərəkətlər getdikcə artır ki, azalmır, bu isə cəmiyyətin faciəsidir.
Bəziləri yenə deyər ki, səbəb maddi durumdur, bu insanları əxlaqsız yola salan!?!
Əsla yox!!
Belə çıxır ki, keçmişdə çətin yaşayan ailələrin xanımlarıda ədəbsizliklər etməliydimi???
Yox, bu hala düşməyin başlıca səbəbi,
günü- gündən xoşagəlməz paylaşımlardan nümünə götürümüş, narkotikə, alkaşlığa aludə olmuş , ədəbsizliyə, sərbəstliyə adi hal kimi baxan yeni nəslin nümayəndələridir.
Bu hallar xərçəng xəstəliyi kimi cəmiyyətimizi bürüməkdədir.
Bu halın qarşısını almaq isə, boş danışıqlarla, avropasayağı yaşayış tərzi ilə düzələsi deyil, QHT- lər erkən nigahlar, boşanmalarla bağlı maariflənmə tədbirlərinin sayını çoxaltmalı və mütamadi həyata keçirlirməlidirlər !!!
RQC- nin sədri , mərhum professor Zemfira Verdiyeva rəhbərliyi zamanında, həm Bakıda, həm də regionlardakı ucqar kəndlərdə belə maarifləndirmə tədbirlərinin keçirilməsini təmin edirdi, hətta özü iştirak edirdi.
Bu yol yenə geniş sürətdə, hamılıqla
davam etdirilməlidir.
Düzələcək yol, İctimai qınaq, geniş
və ardıcıl maarifləndirmədir!!
Milli dəyərlərimizin təbliği, İSLAM dinimizin yolcusu olmaq, müqəddəs Qurani- Kərimdə, qadınlara verilən, riayət olunmalı fikirləri öyrənmək və öyrətməklə cəmiyyətimizi, bu bəlalardan xilas edə bilərik.