Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Yasəmən Möhübbətqızı:”Həkim adını şərəflə daşıyanlar”

Həkimlik peşəsi şərəfli,müqəddəs olduğu qədər də çətin bir peşədir. Pandemiya dövründə əziyyət çəkən peşə sahiblərindən həkimlərin də xidmətini xüsusi qeyd etmək lazımdır. Cəmiyyətdə elə ailə tapılmaz ki, həkimlərə işi düşməsin, ehtiyacı olmasın.
Azərbaycan tibb ocaqları içərisində “Xəzər” klinikasının həkimlərinin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Klinikanın baş həkimi, cərrah, prof, Ilqar Yusubovun təcrübəli təşkilatçılğı sayəsində yaradılan sağlam kollektivdən narazı olan xəstə ilə rastlaşmadım.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Yasəmən Möhübbətqızı öz facebook hesabında yazıb.
“Bu gün xəstələri gülərüzlə qarşılayan bir həkim haqqında danışmaq istəyirəm.
Mustafayeva Aybəniz Abdulla qızı ” Xəzər” klinikasında Fizioteropevt kimi fəaliyyət göstərir. Onunla həmsöhbət olmağa çalışdım. Söylədi ki, 1990-1997-ci ildə ATU-nin Müalicə Profilaktika fakultəsini bitirmişdir Terapevt olaraq fəaliyyətə başlamışdır. Sonradan Fizoterapevt olmaq qərarına gəlmiş və xüsusi kurs keçərək bu ixtisasa da yiyələnmişdir.
Terapevt olaraq insan anatomyasını bilməklə yanaşı, sanki insan psixologiyası üzrə də mütəxəsisdir, Aybəniz xanım. Onun xəstəni qarşılaması, onunla söhbətini dinləyərkən bu qənaətə gəldim. Aybəniz xanım söylədi ki, xəstə gərəkdir ki, həkimini sevsin , ona inansın, belə olmasa xəstə müalicə olunmayacaq. Ona görə də xəstəliyi haqqında xəstəyə nikbin fikirlər söyləməli, tezliklə sağalacağına inandıra bilməlidir həkim..Xəstə həkimini gülərüz, nikbin görməli, söhbəti xəstədə pozitiv əhval -ruhiyə yaratmalıdır. Aybəniz həkim bunları söyləməzdən əvvəl müalicəyə götürdüyü xəstə ilə danışığının şahidi idim. Bu xüsusiyyət təkcə həkimlərə yox müəllimlərə, məmurlara da aiddir.
Mən də klinikadan pozitiv əhvalla ayrıldım, yol boyu düşünürdüm ki, bu elə də çətin bir iş deyil. Hər kəs işini bu səviyyədə qura bilərsə problemsiz bir həyat qurular, deyilmi??”
P.S. “Dövlət və Qanun” qəzeti olaraq Klinikanın
rəhbərinə təşəkkür edirik ki, belə sağlam
kollektiv formalaşdırmışdır.


YASƏMƏN MÖHÜBBƏTQIZI
AJB-nin üzvü, Beynəlxalq Sülh Səfiri.

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …