Cümə , 30 Yanvar 2026
Drone Cameras

Yaşar Gülər PKK, PYD, YPG və SDQ-dən silahı yerə qoymağı tələb edib

PKK və onunla əlaqəli bütün qruplar ləğv qərarı çərçivəsində Suriya daxil olmaqla, olduqları bütün bölgələrdə dərhal bütün terror fəaliyyətlərinə son qoymalı və şərtsiz olaraq silahlarını təslim etməlidirlər.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirlkdə təşkil edilən “Medal Təqdimetmə, Uğurlu Birlik və Personalın Mükafatlandırılması Mərasimi”ndə bildirib.

Onun sözlərinə görə, başda PKK, PYD, YPG və “Suriya Demokratik Qüvvələri” (SDQ) olmaqla heç bir terror təşkilatının bölgədə kök salmasına imkan verilməyəcək. “Prezidentimizin liderliyi altında “Terrorsuz Türkiyə” prosesi başlayıb və bu prosesin uğurla davam etdirilməsini arzulayırıq” , – nazir vurğulayıb.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …