Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Yeni ildə Azərbaycanda ardıcıl 7 gün qeyri-iş günü olacaq

Dekabrın 30-dan yanvarın 5-nə qədər iş olmayacaq

Azərbaycan Nazirlər Kabineti yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, 28-29 dekabr (şənbə, bazar) iş günü elan edilib. Onların yerinə 30 dekabr (bazar ertəsi) və 3 yanvar 2025-ci il (cümə) istirahət günü olacaq.

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar, 1-2 yanvar isə Yeni illə əlaqədar istirahət günləri olduğuna görə dekabrın 30-dan 2025-ci il yanvarın 5-nə qədər bir həftə qeyri-iş günü sayılacaq.

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …